İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100359S dövlət qeydiyyat nömrəli, 200 milyonmanat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10,01 faiz) olan 21 sifariş təqdim edilib. AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10,01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10,01 faiz) müəyyənləşdirilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 541,682,000.00 AZN, yerləşdirilmiş həcmi isə 200 milyon manat təşkil edib. Notlar sentyabrın 13-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.