İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100161S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddəti, diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10,01 faiz) olan 25 sifariş təqdim edilib.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10,01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10,01 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 480,710,600.00 AZN, yerləşdirilmiş həcmi isə 150 milyon manat təşkil edib.

Notlar oktyabrın 11-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.