İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının  yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 50100261S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, tədavül müddəti 28 gün olan diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01 faiz) olan 22 sifariş təqdim edilib.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 380 976 700,00 AZN, yerləşdirilmiş həcmi isə 100 milyon manat olub. Notlar oktyabrın 18-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.