İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100467S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 98.8620 AZN (14,80 faiz) və 98.9998 AZN (12,99 faiz) olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 381 621 400,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9093 AZN (14,18 faiz), orta ölçülmüş qiyməti 98.9219 AZN (14,01 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil edib. Notlar fevralın 21-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.