İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.3812 AZN olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 704 239 800,00 AZN olub.
Mərkəzi Bankın qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000 000 AZN-dir. Notlar martın 14-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]