İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 758,323,700.00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000 000 AZN təşkil edib.
Notlar noyabrın 21-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]