İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100472S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76 faiz) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 858 994 000, 00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000, 00 AZN təşkil edib.
Notlar dekabrın 12-də ödəniləcək.