Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
AzerTAg.az
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50107720S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99,4004 AZN (7,76 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 747,303,500,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,4004 AZN (7,76 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000, 00 AZN təşkil edib.
Notlar gələn il yanvarın 2-də ödəniləcək.

Xəbərin mətnində orfoqrafik səhv var