İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4004 AZN (7,76 faiz) ilə 99.2479 AZN (9,74 faiz) arasında olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 498, 944, 100.00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2479 AZN (9.74 faiz), orta ölçülmüş qiyməti 99.2791 AZN (9.34 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300,000,000.00 AZN-dir.
Notlar yanvarın 23-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]