İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 3 yanvar, AZƏRTAC

Yanvarın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 300 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.2779 AZN (9,70 faiz) ilə 99.4217 AZN (7,76 faiz) arasında olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 475, 864, 600.00 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.2779 AZN (9.70 faiz), orta ölçülmüş qiyməti 99.3248 AZN (9.06 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil edib. Notlar yanvarın 30-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.