İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76 faiz) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 618 milyon 123 min 100 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon AZN təşkil edib.

Notlar fevralın 20-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.