İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100873S dövlət qeydiyyat nömrəli, 3000 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4588 AZN (7,26 faiz) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 757 milyon 307 min 500 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.4588 AZN (7,26 faiz), orta ölçülmüş qiyməti 99.4588 AZN (7,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon AZN təşkil edib. Notların ödəmə tarixi martın 19-dadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.