İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99 faiz) ilə 99.4581 AZN (7.01 faiz) arasında olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 167,277,600 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3053 AZN (8.99 faiz), orta ölçülmüş qiyməti 99.3851 AZN (7.95 faiz) müəyyən edilib. Notlar mayın 8-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.