İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 200 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99,4787 AZN (6,51 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 727,692,700 AZN olub. AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti 99,4787 AZN (6,51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar iyulun 24-də ödəniləcək.