İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103676S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət 99.5351 AZN (6.01 faiz) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 991,847,300 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib.
Notlar gələn il yanvarın 9-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]