İQTİSADİYYAT
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2009024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 99.5906 (5,29 faiz) və 99.7695 (2,97 faiz) olan 19 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,143,900 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6899 (4 faiz) və orta ölçülmüş qiyməti 99.73 (3,48 faiz) olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manatdır.
Notların ödəmə tarixi 2022-ci il noyabrın 2-dir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.