İQTİSADİYYAT


Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının ümumi məbləği 30 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda bir birja üzvü iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 5 milyon 001 min 200 manatdır. Sifariş 99.9258 faiz (gəlirlik 0.95 faiz) qiymətində təqdim olunub. Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.