İQTİSADİYYAT


Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları oktyabrın 1-nə 5 milyard 534,5 milyon dollar olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 31 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən valyuta ehtiyatları 199,9 milyon dollar artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.