ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana “Açıq kitabxana” layihəsini uğurla davam etdirir

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan təhsil müəssisələrinə, AMEA-nın institutlarına kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsinin icrasına davam edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana tərəfindən AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna 12, Biofizika İnstitutuna 45, Yasamal rayonu Yeni Azərbaycan Partiyası Təşkilatına 546 nüsxə kitab təqdim edilib.

Xatırladaq ki, MEK “Açıq Kitabxana” layihəsinə 2016-cı ilin mayından başlayıb və bu günə qədər onlarla müəssisə və təşkilata minlərlə kitab təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.