ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana BDU-nun Jurnalistika fakültəsinin tələbələrini mükafatlandırıb

Bakı, 29 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir. Təlimlərin nəticəsi olaraq, son illər “Vikipediya”nın Azərbaycan bölməsində məqalələr yenilənir və etibarlı mənbələrlə zənginləşir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlimlərdə iştirak edən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.

Həmçinin BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu Azərbaycanca “Vikipediya”nın inkişafında göstərdiyi dəstəyə görə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, Jurnalistika fakültəsində “Vikipediya” komandası fakültənin tələbəsi Fehruz Rzayev tərəfindən formalaşdırılıb.

Mükafatlandırılan könüllülər bu günədək 30-dan çox məqalə yaradıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.