ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana Mosula kitab göndərib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası İraq Respublikasının ölkəmizdəki səfirliyinin müraciətinə əsasən Mosul şəhərindəki kitabxanalara 365 adda kitab göndərib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitablar İraqın Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazrajiyə təqdim olunub. Göndərilən kitablar arasında “Azərbaycan dövlətçilik fəlsəfəsi”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Heydər Əliyev haqqında etüdlər. Heydər Əliyev və Azərbaycan elmi”, “XİX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları”, “Qarabağ: etno-mənəvi inkişaf tarixi”, “Qarabağ əsrlərin salnaməsi”, “Azərbaycanlılara qarşı etnik və soyqırımı siyasətinin mərhələləri”, “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları”, “Türk xalqları ədəbiyyatı”, “XX əsr Azərbaycan poeziyası antologiyası”, “Kitabi-Dədə Qorqudun yasaqlanması” kimi əhəmiyyətli mənbələr var.