ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana Ombudsman Aparatı ilə “Açıq kitabxana” layihəsini həyata keçirib

Bakı, 2 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan olması, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “Molla Nəsrəddin”, “Korlaşma”, “Dünya dramaturgiyası antologiyası”, “Küləklə sovrulanlar”, “Doktor Jivaqo” və digər kitabları, həmçinin Ə.Tudə, E.Yelinek, T.Vulf və B.Brextin seçilmiş əsərləri MEK tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına verilib.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana layihə çərçivəsində AMEA-nın müəssisələrinə, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Azərbaycanın Özbəkistandakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə, Pirallahı Rayon İcra Hakimiyyətinə, Azərbaycan İlahiyyat İnstitutuna, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədilə kitablar təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.