ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Bakı, 5 oktyabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə AZƏRTAC-a MEK-dən bildirilib. MEK-in stendində dövlətçiliyə, Azərbaycan mədəniyyətinə, tarixinə dair kitablar sərgilənir. Stenddə “Böyük Qayıdış”, “Zəfərə aparan yol”, “Qarabağ tarixi-mədəni irsimizdən”, “Hər biri qəhrəmandır”, həmçinin MEK-in özünün nəşr etdirdiyi “Qırx dörd günün salnaməsi. Vətən müharibəsi”, MEK-in fondlarında saxlanılan sənədlər əsasında nəşr olunmuş “Şuşa 270” adlı biblioqrafik göstərici, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Nizami Gəncəvi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş biblioqrafik göstərici” və digər kitablar yer alır.

Oktyabrın 9-dək davam edəcək sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, müxtəlif musiqi nömrələri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.