ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 14 iyul, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı mübadilələrin həyata keçirilməsinə böyük önəm verir. Dünyanın inkişaf etmiş dövlətlərinin elm və təhsil mərkəzləri, kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində MEK tərəfindən mühüm addımlar atılır. Habelə qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsi üçün bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə də əməkdaşlıq davam etdirilir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görülən işlərin davamı olaraq, kitabxananın sıx əməkdaşlıq etdiyi Kolumbiyanın Azərbaycandakı səfirliyi “Kolumbiyanın həftəlik informasiya bülleteni”nin (Colombian weekly Newsletter) elektron formatını MEK-ə təqdim edib. İnformasiya bülleteni iqtisadi aktivlik, ətraf mühit, beynəlxalq əlaqələr, sülh, qadınlara ədalət, mədəniyyət, təhsil və digər mühüm mövzuları əhatə edir. Sözügedən bülleten 2021-ci ilin 30 iyun-2 iyul və 2-6 iyul tarixlərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.