ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana da Türkiyə üçün yardım kampaniyasına qoşulub

Mərkəzi Elmi Kitabxana da Türkiyə üçün yardım kampaniyasına qoşulub

Bakı, 9 fevral, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası da Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasına qoşulub.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in əməkdaşlarının bu kampaniyaya könüllü şəkildə qoşulması nəticəsində 2534 manat məbləğində ianə toplanıb. Toplanan məbləğ qardaş ölkənin Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Bundan əlavə, zəlzələdən zərərçəkmişlərin ilkin ehtiyaclarını təmin etmək məqsədilə kitabxana əməkdaşları tərəfindən müxtəlif ləvazimatlar göndərilib.

Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.