ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana fondlarını zənginləşdirir

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “Fransisk Skorinanın dünya irsi” adlı unikal kitab daxil olub.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, nəşrdə ilk dəfə Fransisk Skorinanın 25 kitabı bütünlüklə təqdim edilib. Müasir nəşr bu gün Belarus, Rusiya, Ukrayna, Almaniya, Danimarka, Polşa, Litva, Böyük Britaniya, Sloveniya, Çexiya və ABŞ-ın kitab və muzey kolleksiyalarında saxlanılan, milli xəzinə olan Fransisk Skorina irsinin tam əhatə edildiyini göstərir.

Belarusun tanınmış mədəniyyət xadimi, Renessans dövrünün nümayəndələrindən biri Fransisk Skorina 1517-ci ildə Şərqi Avropada ilk dəfə kitab çap edən naşir olub. O, kitab vasitəsilə bütün bəşəri dəyərləri vahid bir topluda ictimaiyyətə çatdırıb. Onun fəaliyyəti sayəsində çap olunan ilk kitablar Belarusun milli xəzinəsi hesab edildiyi üçün naşir ölkənin simvoluna çevrilib. Bu gün o ən məşhur maarifçi və mədəniyyət xadimi kimi yad olunur. F.Skorinanın dünya irsinə verdiyi töhfələr, Belarusda kitab nəşrinin 500 illik yubileyi UNESCO-nun da tədbirlər siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.