ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana oxucular üçün xidmət vaxtını uzadıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) iş rejimində dəyişiklik edilib. Kitabxanada xidmət vaxtı yenidən uzadılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana dekabrın 1-dən etibarən oxuculara həftəiçi beş gün saat 10:00-dan 22:00-dək xidmət göstərəcək.

Xatırladaq ki, pandemiya ilə əlaqədar olaraq iki ilə yaxın onlayn xidmət həyata keçirən MEK 2021-ci il oktyabrın 15-dən etibarən fəaliyyətini bərpa edib. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər tətbiq olunub. Kitabxanada ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.