ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana tərəfindən Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb

Bakı, 9 avqust, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən yeni biblioqrafik göstərici tərtib edilib. Biblioqrafik göstərici süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaca məşhur alim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) anadan olmasının 100 illiyinə həsr olunub.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, nəşrin elmi redaktoru MEK-in baş direktoru professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi baş biblioqraf Mahnur Həsənovadır. Göstəricidə Lütfi Zadənin həyatı, elmi fəaliyyəti, məqalələr və konfrans materialları, kitabları, elm tarixində etdiyi yeniliklər və digər məlumatlar öz əksini tapıb.

Vəsait kompüter elmləri, elektrik mühəndisliyi, riyaziyyat sahəsi üzrə elmi-tədqiqat işi aparan mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.