ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib

Bakı, 2 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) professor Rəşad Kərimovun tərtib etdiyi “Çincə-Azərbaycanca lüğət” təqdim olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, lüğət artıq kitabxananın oxucularının istifadəsinə verilib.

Kitabın “Ön söz”ündə bildirilir ki, Çincə-Azərbaycanca lüğətə ehtiyac uzun müddətdir müşahidə olunur. Belə ki, Çində təhsil alan azərbaycanlı tələbələr bu problemlə müntəzəm qarşılaşırlar. Bunu nəzərə alaraq, Çində bakalavr və magistr təhsili alan professor Rəşad Kərimov 2002-ci ildən başlayaraq Çincə-Azərbaycanca lüğət üzərində çalışıb. Eyni zamanda, bu istiqamətdə tərtib edilmiş bir neçə lüğətdən istifadə edib. Xüsusilə də “Müasir Çin dili lüğəti”nin təcrübəsindən faydalanıb. Lüğətin ərsəyə gəlməsində Hu Zhongven, “Kommersiya” nəşriyyatının rəhbəri Yu Libin, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, kitabın redaktoru və korrektoru Aqşin Məmmədov və Zhang Şaomingin töhfəsi xüsusi qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.