ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada Elmi-Metodik Şura yaradılıb

Mərkəzi Elmi Kitabxanada Elmi-Metodik Şura yaradılıb

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında illər sonra yaradılan Elmi-Metodik Şuranın ilk iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclası açan MEK-in baş direktoru professor Məmməd Əliyev öncə Elmi-Metodiki Şuranın yaradılması haqqında AMEA Rəyasət Heyətinin Qərarını səsləndirib. Baş direktor qeyd edib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə məktubla müraciət edərək kitabxananın istiqamətləndirilməsi, burada nəşrə hazırlanan kitabların müzakirəsinin keçirilməsi, kitabxana işində yeniliklərin təhlilinin aparılması və əməli işə tətbiqinə nəzarətin həyata keçirilməsi məqsədilə MEK-də Elmi-Metodik Şuranın yaradılması haqqında vəsatət qaldırıb. “Bu vəsatət nəzərə alınaraq, AMEA Rəyasət Heyəti tərəfindən MEK-də Elmi-Metodik Şuranın yaradılması qərara alınıb”, - deyə professor Məmməd Əliyev vurğulayıb.

Elmi-Metodik Şuranın sədri professor Məmməd Əliyev, sədr müavini icraçı direktor dosent Şəhla Quliyeva, elmi katib Kataloqlaşdırma şöbəsinin əməkdaşı Şəbnəm Rüstəmovadır. İclasda Elmi-Metodik Şuranın üzvləri gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.