ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada İxtisaslaşdırılmış fond oxucuların istifadəsinə verilir

Bakı, 11 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fond mühafizə olunaraq oxucuların istifadəsinə verilir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, fond 1965-ci ildə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun təşəbbüsü ilə yaradılıb. Fondda Rasim Kazımovun şəxsi kitab kolleksiyası da xüsusi yer tutur.

Qeyd edək ki, həcmi 14 min183 nüsxə sənəddən ibarət MEK-in Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fondunun bütün sənədləri e-kataloqa daxil edilərək oxucuların istifadəsinə verilib.

Mövzu üzrə daha ətraflı məlumatı www.mek.az saytından, MEK-in “Facebook” səhifəsindən və “YouTube” kanalından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.