ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı sərgi açılıb

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Xocalı: XX əsrin soyqırımı” adlı sərgi təşkil olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Xocalı soyqırımı və Azərbaycan xalqının başına gətirilmiş faciələrdən müxtəlif dillərdə bəhs edən nəşrlər yer alıb. Sərgidə “Xocalı - qan yaddaşı”, “Qarabağ gündəliyi”, “Xocalı soyqırımının qurbanları”, “Xocalı şahidləri danışır”, “Erməni cinayətləri”, “Qarabağ irsimizin əbədi yaddaşı”, “Azərbaycan faciələrinin tarixi”, “Xocalı soyqırımı – milyon imza, bir tələb”, “Xocalı soyqırımı: sənədlər, faktlarda və xarici mətbuatda”, “Xocalı yaddaşı” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgidəki kitablar MEK-in elektron kataloqunda əks olunaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.