ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş sərgi keçirilir
Bakı, 19 avqust, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən biri olan Xurşidbanu Natəvanın anadan olmasının190 illiyi münasibətilə sərgi keçirilir.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, iki həftə davam edəcək Xurşidbanu Natəvanın əsərləri ilə yanaşı, onun haqqında yazılmış kitab, məqalə, jurnal, qəzet materialları da nümayiş etdirilir. Kitablar sırasında “Xurşidbanu Natəvan”, “Xurşidbanu Natəvan. Əsərləri”, “Neçin gəlməz” (Xurşidbanu Natəvan), “Natəvanın şair qohumları” (Bəylər Məmmədov) və digərləri yer alıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il martın 14-də “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]