ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada onlayn metodik görüş təşkil olunub

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsi tərəfindən AMEA-nın elmi-tədqiqat institutları kitabxanalarının fəaliyyəti ilə tanışlıq, onlara metodik kömək göstərmək, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği məqsədilə kitabxanaçılar arasında növbəti dəfə onlayn metodik görüş keçirilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, tədbirdə MEK-in şöbə müdiri Səyyarə Məmmədova çıxış edərək 2021-2022-ci illər üçün metodik təminat istiqamətində görüləcək işlər, kitabxana işi ilə bağlı oktyabr ayından başlayaraq təşkil olunacaq təlimlər, eləcə də təlim proqramları haqqında məlumat verib.

Görüşdə AMEA-nın elmi-tədqiqat institutlarının kitabxana əməkdaşlarının müvafiq kitabxanaların fəaliyyəti, fondların vəziyyəti, elektron kitabxanaların, kataloqların yaradılması və qorunması məsələləri, kitabxana proseslərinin optimallaşdırılması və modernləşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, virtual kitabxana xidmətləri haqqında fikirləri dinlənilib, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.