ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada pandemiyanın qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir

Bakı, 6 sentyabr, AZƏRTAC

Dünyanın qlobal probleminə çevrilən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti dəfə geniş dezinfeksiya işləri həyata keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, infeksiyanın qarşısını almaq üçün kitabxananın bütün şöbələri, otaqları, oxucu və konfrans zalları, həmçinin dəhlizlərində sanitar-dezinfeksiya işləri aparılıb.

Mərkəzi Elmi Kitabxananın kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi şəkildə əməl edir. Kitabxanada sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davamlı olaraq həyata keçirilir.

Həmçinin 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə aparılan koronavirus infeksiyasına qarşı vaksinasiya prosesində MEK-in kollektivi yaxından iştirak edir. Kitabxananın əməkdaşları könüllü olaraq həkim yoxlanışından keçdikdən sonra peyvənd olunur və onlar arasında heç bir narahatlıq müşahidə edilməyib.

Qeyd edək ki, vaksinasiya başlanandan indiyədək MEK-in 80 faizdən çox əməkdaşı hər iki dozada peyvənd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.