ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın Lüğətlər fondunda nadir nəşrlər saxlanılır

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasındakı (MEK) bütün lüğətlər ümumi fondun tərkibindən ayrılaraq SL formatı altında xüsusi fondda yerləşdirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, bu, həm qiymətli fondun mühafizəsini asanlaşdırır, həm də oxucu sorğularının operativ və yüksək səviyyədə ödənilməsinə şərait yaradır. MEK-in çox zəngin Lüğətlər fondu var. Hətta elə kitablar var ki, onlar respublikada ancaq burada yerləşir. Həm nəşr tarixinə, həm də elmi-tarixi əhəmiyyətinə görə bir çox nadir nüsxələr fondun dəyərini daha da artırır. “Kilsə-slavyan və rus dili lüğəti”, “Bütöv fransız-rus dili lüğəti”, “Alman-rus dili lüğəti”, “Rus-İsveç dili lüğəti”, “İngilis-rus neft terminləri lüğəti”, “Azərbaycan-rus dili lüğəti”, “Xarici sözlər lüğəti”, “Rusca köksözlər lüğəti”, “Rus-türk dili lüğəti” və bir çox qiymətli nəşrlər fondda mühafizə olunur. Hazırda 2495 nüsxədən ibarət fondun elektron kataloqa salınması prosesi gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.