ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın binası yenidən dezinfeksiya olunub

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti dəfə sanitar-dezinfeksiya işləri həyata keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün kitabxananın bütün otaqları, oxucu zalları, Sərgi salonu, konfrans zalları və dəhlizlər dezinfeksiya olunub.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı müvafiq sərəncama uyğun olaraq, akademiyada mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.