ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın əməkdaşları Vahid Qeydiyyat Sisteminin yenilikləri barədə məlumatlandırılıb

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vahid Qeydiyyat Sistemi daxilində komplektləşdirmə və kataloqlaşdırmada korrektə, redaktə, biblioqrafik qeydlərin problemləri” mövzusunda təlim keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlim-seminarı MEK-in kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova keçib. MEK-in kitabxana-xidmət, informasiya resurslarına nəzarət və əlaqələndirmə və proqram təminatı bölmələrinin əməkdaşlarının iştirak etdiyi təlimdə Vahid Qeydiyyat Sistemi proqramı daxilində yaradılmış yeni modullar, baş vermiş dəyişikliklər barədə məlumat verilib.

Təlim şöbə əməkdaşlarının proqramçılara sualları əsasında müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.