ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın fondları xarici ədəbiyyatlarla zənginləşir

Bakı, 30 iyul, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olur.

MEK-dən AZƏRTAC-a bildirilib ki, bu günlərdə kitabxanaya Almaniya və Türkiyədən ingilis, alman və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Almaniyanın Entomologiya İnstitutundan “Contributions to entomology”, Botanika Bağı və Botanika Muzeyinin Kitabxanasından “Willdenowia”, Şərqşünaslıq İnstitutundan “Orient”, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Qurumundan “Belleten”, “Türk Dünyası Tarih Kültür Dergisi” yer alıb.

Nəşrlərdə siyasət, iqtisadiyyat, mədəniyyət mövzuları ilə yanaşı, aksonomiya, filogeniya, zoogeoqrafiya, fauna, bitki, yosun və göbələk sistematikası barədə elmi məqalələr əksini tapıb.

MEK xarici tərəfdaşları ilə əməkdaşlıq nəticəsində oxucularının marağına uyğun olan xarici nəşrlərin əldə edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.