ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın fondları yeni nəşrlərlə zənginləşir

Bakı, 20 may, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxananın (MEK) fondlarına bir sıra yeni nəşrlər təqdim edilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, bunlara “Əski Azərbaycan yazısı. Dərs vəsaiti”, “Beş Risalə”, “Özbək ədəbiyyatı tədqiqatları”, “Dalğalar və nüvə enerjisi”, “Dahi türk dilçisi Mahmud Kaşğari”, “Ölüm, mənə ağı de”, “Təchizat zəncirində strateji idarəetmə”, “Təbiət və ekologiya”, “Bülbüllərin toyu”, 12 cilddə “Faciəli təqvim tariximiz” və digər elmi əhəmiyyətli nəşrlər daxildir. Müəlliflər tərəfindən kitabxananın fondlarına təqdim olunan və müxtəlif elm sahələrini əhatə edən bu nəşrlərin bir çoxu dərs vəsaitidir.

MEK-ə, həmçinin Tarixi Araşdırmalar Mərkəzi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən bəhs edən “Zəfər - 44 günlük Qarabağ müharibəsi” adlı kitab da təqdim edilib. Oxucular yeni ədəbiyyatlarla MEK-in sərgi salonunda tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.