ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın fonduna yeni nəşrlər hədiyyə edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarına müəlliflər tərəfindən yeni nəşrlər hədiyyə olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşrlər sırasında “Tibb işçilərinin masaüstü kitabı. Zərifə Əliyeva 95”, “Farmakoqnoziya Botanikanın əsasları ilə”, “Anatomiya, fiziologiya və patologiyanın əsasları”, “Qeyri-neft sənayesinin iqtisadiyyatı”, “Cənubi Qafqazın ictimai-iqtisadi və siyasi vəziyyətinin öyrənilməsində Zaqafqaziya Seyminin sənədləri mənbə kimi”, “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika”, “Etibarlı ərzaq təminatında idxaləvəzləyici istehsalın artırılması” və “Etibarlı ərzaq təminatının problemləri və göstəriciləri”, “Keçid elementləri əsaslı xalkogenidlər” kitabları yer alıb.

Bir çox elm sahələrini əhatə edən yeni nəşrlər arasında dərs vəsaitləri də var.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.