ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın idarəetmə sistemində yeniliklər tətbiq edilir

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tətbiq edilən yeni qaydaya əsasən Milli Rəqəmsal Yaddaşa (MRY) salınan azərbaycandilli ədəbiyyatda açar sözlər əlavə olaraq rus və ingilis dillərində də verilir. MEK-in MRY bazasında əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirilir. Vahid Qeydiyyat Sistemi isə 2016-cı ilin mart-aprel aylarında MEK-in əməkdaşları tərəfindən hazırlanaraq istifadəyə verilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, bu barədə kitabxanada “Vahid Qeydiyyat Sistemi daxilində komplektləşdirmə və kataloqlaşdırma qeydlərində korrektə, redaktə və biblioqrafik qeydlər problemləri” mövzusunda keçirilən təlim seminarda məlumat verilib.

İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin rəhbəri Günel Əhədova tərəfindən keçirilən təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub.

Təlimdə MRY bazasına qoyulan yeni tələblərə əsasən bazaya seçilmiş sənədlərin annotasiya, açar sözlərinin düzgün və dolğun seçilməsi, üç dildə verilməsi üçün ingilis və rus dillərində hazırlanan nümunələr işçilərə paylanılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.