ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın onlayn “Vikipediya” təlimləri davam edir

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən təşkil edilən onlayn “Vikipediya” təlimləri davam edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, təlimlərdə könüllülərə “Vikipediya”da məqalənin yaradılması, zənginləşdirilməsi və redaktə olunması haqqında məlumat verilir. İyunun əvvəlində 7 könüllüdən yaradılmış yeni qrup təlimlərini bitirmək üzrədir. Müxtəlif sahələr üzrə mütəxəssislərin yer aldığı qrup kinoşünaslıq, geologiya, psixologiya, sosial iş, bioetika, görkəmli şəxsiyyətlər haqqında və digər mövzularda yazılar hazırlayaraq Azərbaycan dilindəki “Vikipediya”ya əlavə edirlər. Könüllülər əsasən heç bir məlumat olmayan mövzulara üstünlük verirlər.

Təlimlərlə bağlı qrupun koordinatoru Sevda Aydın fikirlərini bölüşərək deyib: “Təlimçimiz Səbinə Abızadəyə xüsusilə təşəkkür etməyi özümüzə borc bilirik. O, qrupun hər bir üzvünün suallarını cavablandırır, hazırlanması planlaşdırılan məqalələrlə bağlı məsləhət və tövsiyələrini verir. Mövcud informasiya dövrünün tələblərini, təlimlərin keyfiyyətini və əhəmiyyətini nəzərə alaraq milli ruhun yüksəldilməsi, elmə, məlumatlılığa fayda vermək və könüllülük fəaliyyətinin təşviqi baxımından növbəti aylarda da fərqli sahələrdən olan mütəxəssislərlə yeni qruplar formalaşdırmağı və təlimləri davam etdirməyi planlaşdırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.