ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxananın oxucularının sayı beş mini keçib

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) statistikaya əsasən oxucuların sayı 5027 nəfər təşkil edir.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, oxucuların qeydiyyatı VİS-LİB-MEK kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət platformasının “İstifadəçilərin qeydiyyatı modulu”nda aparılır. Həmçinin “1 şəxsiyyət vəsiqəsi – 1 oxucu bileti” prinsipi ilə eyni oxucunun bir neçə dəfə qeydiyyatdan keçməsini istisna edir.

Xatırladaq ki, kitabxana üçün inşa edilmiş yeni bina oxucuların istifadəsinə 2015-ci il sentyabrın 30-da verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.