ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın sərgi salonuna bu il 127 adda sənəd təqdim olunub
Bakı, 10 yanvar, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda 2000 nüsxə sənəd mövcuddur.
MEK-dən AZƏRTAC-a bildirilib ki, 1500-dən çox sənəd sərgi salonunda daim nümayiş etdirilir. Digər sənədlər isə gündəlik olaraq yenilənir. Sərgi salonuna 2019-cu ildə 127 adda sənəd təqdim olunub. Bu sənədlərə MEK-in Milli Rəqəmsal Yaddaş siyahısına daxil edilmiş “Xəlil Rza Ulutürkün poetikası” (müəllif Əlizadə Əsgərli), “Azərbaycançılıq” (müəllif Nizaməddin Şəmsizadə), ikicildlik “Azərbaycan Ordusunun tarixi” (müəllif Mehman Süleymanov) və başqa əsərlər daxildir.
Hazırda salonda 20 Yanvar faciəsinə və şəhidlərimizin xatirəsinə həsr olunan yeni sərgi hazırlanır. Salondakı elektron tabloda daimi sərginin kataloq siyahısı istifadəyə verilib. Sərgi salonu, həmçinin oxucuların mütəmadi istifadə edə bildikləri mütaliə mərkəzidir.