ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanaya Qarabağ və dövlətçilik mövzusunda nəşrlər təqdim edilib

Bakı, 17 yanvar, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fonduna yeni nəşrlər təqdim edilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, təqdim edilən ədəbiyyat sırasında “Şuşa-Pənahabad” (Yaqub Mahmudov, Camal Mustafayev), türk dilində “Hüquqi müstəvidə Türkiyə və Azərbaycanın ortaq erməni problemi. Qarabağ və 10 noyabr 2020-ci il Atəşkəs Bəyanatı (Fərhat Aznevi)”, “Zəfərə aparan yol” (Misir Mərdanov), “Qarabağ Azərbaycandır! Vətən Müharibəsi 44 gün” (“Respublika” qəzetinin xüsusi buraxılışı), Məmməd Aslanın “Ağla, qərənfil, ağla...”, “Alban mədəniyyətinə erməni təcavüzü” (Faiq İsmayılov, Əlibaba Ağayev), “Ağrıdağlı qəhrəmanlar” (Bilal Ənsər), “Vətən kitabı” (Hacı Əkbər Rüstəmov), “Şəhidlər və qazilər” (M.Kamal Pilavoğlu), “Parçalanmış millətin harayı” və digər nəşrlər yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.