ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanaya son aylarda 406 nüsxə material daxil edilib

Bakı, 20 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) son aylarda beynəlxalq kitab mübadiləsi nəticəsində xarici ölkələrdən 378 nüsxə çap materialı, 28 nüsxə elektron sənəd daxil edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, ölkəmizin təbliği məqsədilə müxtəlif ölkələrin kitabxanalarında yeni açılmış Azərbaycan bölmələri üçün ədəbiyyatlar göndərilib. Cari ildə 3 təşkilatla – Türkiyənin Ankara Kitabxanasının Azərbaycan bölməsi, Koreya Avrasiya Şərq Araşdırmaları İnstitutunun Kitabxanası və Hindistan Gauhati Universitet Kitabxanasının Türkologiya bölməsi ilə əlaqələr qurulub.

Qeyd edək ki, MEK elmi-mədəni əməkdaşlığın daim genişlənməsinə çalışır, dünya elmi informasiya axınını yerli oxuculara çatdırmaq, Azərbaycan elminin innovativ inkişafını təbliğ etmək məqsədilə 37 ölkənin elm və təhsil qurumları ilə mübadilə aparır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.