ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanaya tarix, etnoqrafiya və folklorşünaslıq sahələrinə aid yeni nəşrlər təqdim olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucuların diqqətini çəkəcək nəşrlər daxil olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, akademik Möhsün Nağısoylunun “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması”, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Qəbələ keçmişdə və günümüzdə”, Dilara Ağamusa Nağıyeva-Muxtarovanın “Hər tamaşa isə bir ömür...”, beynəlxalq elmi konfransın materiallarını özündə cəmləşdirən, rus və Azərbaycan dillərində “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” toplusu kitabxanaya təqdim edilmiş nəşrlər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.