CƏMİYYƏT


Mərkəzi Gömrük Hospitalında 1600-dan çox COVID-19 xəstəsi stasionar müalicə alıb

Bakı, 20 noyabr, AZƏRTAC

Pandemiya ilə mübarizə aparmaq üçün ölkəmizdə 46 dövlət xəstəxanası ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 20-də Bakıda keçirilən Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin təşkil etdiyi “COVID-19: Erkən və Gecikmiş Fəsadlar” Beynəlxalq Elmi Konfransında çıxış edən DGK Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu ayrılmış xəstəxanalardan biri olan Mərkəzi Gömrük Hospitalı artıq il yarımdır, yalnız COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olur. Bu müddət ərzində 1600-dən çox COVID-19 xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə alıb, onlardan ağır və hədsiz ağır vəziyyətdə olan 233 pasiyent isə reanimasiya və intensiv terapiya şöbəsində müalicə olunub. Bu xəstələrdən 183-ü ağ ciyərlərin süni ventilyasiyası aparatına qoşulub, o cümlədən 16 pasiyentin müalicəsində ekstrakorporal membran oksigenasiyası üsulundan istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.