CƏMİYYƏT


Mərkəzi Gömrük Hospitalında müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi uğurla həyata keçirilir

Bakı, 1 iyun, AZƏRTAC

Hər bir xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Biz gələcəyi düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaqları sağlam mühitdə böyütməliyik. Uşaqların sağlam böyüməsində Mərkəzi Gömrük Hospitalının üzərinə də məsul vəzifə düşür. Mərkəzi Gömrük Hospitalında istənilən patologiyalı uşaqların sağlamlıqlarının qorunması üçün yüksəkixtisaslı həkimlər tərəfindən 24 saat ərzində geniş spektrli tibbi xidmət göstərilir. Hospitalın tanınmış həkimləri yeni doğulmuş körpələr üzərində dünyada qəbul olunmuş ən mürəkkəb açıq ürək əməliyyatları, qaraciyər, böyrək transplantasiyaları kimi mürəkkəb cərrahi müdaxilələr həyata keçirirlər. Ölkəmizdə COVID-19-la mübarizənin davam etdiyi şəraitdə bir çox xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi uğurla aparılır.

Mərkəzi Gömrük Hospitalından AZƏRTAC-a bildirilib ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hospitalda iki uşaq üzərində açıq ürək əməliyyatı aparılıb. Həmçinin 2 uşaq Mərkəzi Gömrük Hospitalının dəstəyi ilə açıq və qapalı ürək əməliyyatı olunublar. Əməliyyatlar Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov tərəfindən icra edilib.

Rəşad Mahmudov, tanınmış cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, uşaq cərrahı Vüsal Cəfərov, ürək-damar cərrahı Kənan Əsədov, uşaq kardioloqu Nəsimi Cabbarov apardıqları cərrahi əməliyyatlarla yaşamaq şansı az olan uşaqlara sağlam həyat bəxş edirlər. Hospitalın təcrübəli reanimotoloqu Təranə Göyüşova əməliyyatdan sonra uşaqlara xüsusi qayğı ilə yanaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.